Apelyasiya Şurası


Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuralarının yaradılması haqqında”

3 fevral 2016-cı il tarixli 762 nömrəli Fərmanına əsasən, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin və dövlət qulluğuna qəbulla bağlı namizədlərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apelyasiya Şuraları yaradılmalıdır.

 

Bununla əlaqədar, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin 5 iyul 2018-ci il tarixli Ü/025 nömrəli əmri ilə Agentliyin Apelyasiya Şurası yaradılıb, eyni zamanda, Apelyasiya Şurasının tərkibi və “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Apelyasiya Şurası haqqında Əsasnamə” təsdiq edilib.

 

Apelyasiya Şurası ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır və öz fəaliyyətini qanunçuluq, şəffaflıq, kollegiallıq və qərəzsizlik prinsipləri əsasında qurur.

 

 

Apelyasiya Şurasının e-ünvanı: apelyasiya@afsa.gov.az

 

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Apelyasiya Şurası haqqında Əsasnamə

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Apelyasiya Şurası tərəfindən qəbul edilən qərarlar