Agentlik aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir
Fəaliyyət istiqamətləri
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Əsasnaməsi əsasən, Agentliyin fəaliyyət istiqamətləri aşağıdakı kimidir:
- müvafiq sahədə vahid dövlət siyasətinin hazırlanmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir;
- müvafiq sahədə dövlət tənzimləməsini, dövlət nəzarətini və əlaqələndirməni həyata keçirir;
- müvafiq sahədə normayaratma fəaliyyətini, o cümlədən qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni (sanitariya norma və qaydalarının, habelə gigiyena normativlərinin hazırlanmasını və təsdiqini) həyata keçirir;
- ölkədə qida məhsulları sahəsində fəaliyyət göstərən subyektləri qida təhlükəsizliyi baxımından qeydiyyata alır və dövlət reyestrini aparır;
- qida məhsullarının, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin istehlakçılarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini həyata keçirir;
- qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sertifikatları verir;
- müvafiq sahənin inkişafını təmin edir.
