Qoşqar Təhməzli

Sədr


Qoşqar İlahi oğlu Təhməzli 29 may 1970-ci ildə Zəngilan rayonunda anadan olub. 1977-1987-ci illərdə Nəsimi rayonu 5 saylı orta məktəbdə təhsil alıb. 1988-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun Sanitariya və gigiyena fakültəsinə daxil olub, 1994-cü ildə isə İnstitutu həkim-gigiyenist ixtisası üzrə bitirib. Həmin il Qərb Universitetinin Ümumbəşər Siyasət və İqtisadiyyat fakültəsinə daxil olub, 1996-cı ildə oranı “Siyasi Elmlər Bakalavrı” dərəcəsi ilə bitirib.

Tibb elmləri üzrə fəlsəfə doktorudur. Elmi iş: "Qida məhsulları üzərində sanitar-parazitoloji monitorinqin təşkilinin və həyata keçirilməsinin epidemioloji effektivliyi".

Q. Təhməzli Azərbaycanda səhiyyə sahəsində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi” medalı, Azərbaycan Republikasının Prezidenti cənab İlham Əliyevin 27 may 2019-cu il tarixli 1205 nömrəli Sərəncamı ilə  "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunub.

1994-cü ildə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Bakı Şəhər Gigiyena və Epidemiologiya Mərkəzində həkim-interna vəzifəsində əmək fəaliyyətinə başlayıb və 1995-1997-ci illərdə Gigiyena və Epidemiologiya Mərkəzində həkim, 1997-2004-cü illərdə qidalanma şöbəsinin müdiri, 2004-2005-ci illərdə “Nəbz” Tibb Mərkəzinin baş direktoru, 2008-2016-cı illərdə isə “Medeks” MMC-də baş direktor vəzifələrində çalışıb.

Müxtəlif tibbi layihələr həyata keçirən Q. Təhməzli ölkə hüdudlarından kənarda da geniş fəaliyyət göstərmişdir. 2012-ci ildə isə Avropa Biznes Assambleyasının Vyana şəhərində keçirilən təqdimat mərasimində tibb, kosmetologiya və laboratoriyalar nominasiyasında “Ən yaxşı top-menecer” adına layiq görülüb.

1992-ci ildə Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyünün müdafiəsi uğrunda Qarabağda gedən döyüşlərdə fəal iştirak etmiş, “Müharibə veteranı” statusuna layiq görülmüşdür.

25 dekabr 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri vəzifəsinə təyin edilib.

Ailəlidir, 3 övladı var.


Balarəhim Quliyev

Sədr müavini


Balarəhim Mirzəağa oğlu Quliyev 25 dekabr 1967-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Qidalanma Gigiyenası üzrə sanitariya həkimi ixtisası istiqamətində Azərbaycan Dövlət Tibb Universitetində alıb.

1992 - 2005 ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı şəhər Gigiyena və Epidemiologiya Mərkəzində Qida gigiyenası həkimi vəzifəsində çalışıb. 2005 - 2010 cu illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2010 – 2014 cü illərdə özəl tibb şirkətində biznesin inkişafı üzrə menecer və direktor müavini vəzifəsində çalışıb. 2014 – 2015 ci ilin aprel ayınadək   Suraxanı Tibbi Bərpa Mərkəzində direktor işləyib.

2015-ci ilin aprel ayından 2018-ci ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində rəis müavini vəzifəsində çalışıb.

21 yanvar 2018-ci il tarixindən  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Təftiş və dövlət nəzarəti şöbəsinin müdiri vəzifəsində çalışıb.

9 iyul 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.

Dövlət Qulluğunun kiçik müşaviridir.

Ailəlidir, 1 övladı var.


Zəkiyyə Mustafayeva

Sədr müavini


Zəkiyyə Müslüm qızı Mustafayeva 27 dekabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Ali təhsilini pediatriya ixtisası üzrə 1986-1992-ci illərdə Azərbaycan Tibb Universitetində alıb. Təhsilini 2006-2009-cu illərdə Xəzər Universitetində biznesin təşkili və idarəedilməsi (səhiyyə sahəsində) ixtisası üzrə davam etdirib.

1992-2006-cı illərdə dövlət və özəl tibb müəssisələrində, 2007-2010-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Səhiyyə sektorunda islahatlar” layihəsində müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

2010-2019-cu illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Aparat rəhbəri,  2019-2020-ci illərdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 23 iyul 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.

Səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə 2013-cü ildə Azərbaycan Respublikasının Səhiyyə naziri tərəfindən “Səhiyyə əlaçısı” döş nişanı, 2016-cı ildə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Dövlət qulluğunun baş müşaviridir.

Rus və ingilis dillərini bilir.

Ailəlidir, 2 övladı var.


Əziz Şərifov

Sədr müavini


Əziz Əşrəf oğlu Şərifov 9 sentyabr 1969-cu ildə Füzuli rayonunda  anadan olub. 1986-cı ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun ucot-iqtisad fakültəsinə daxil olub, 1993-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili  ixtisası üzrə bitirib. 1988-1990-cı illərdə Sovet Ordusu sıralarında (Moskva şəh.) hərbi xidmət keçib.

İqtisad elmələri üzrə fəlsəfə doktorudur. Elmi iş: “Müasir şəraitdə vergi münasibətlərinin təkmilləşdirilməsi problemləri”.

Ə.Şərifov Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin işçilərinin təltif edilməsi haqqında Azəbaycan Respublikası Prezidentinin 13.06.2019-cu il  tarixli 1245 saylı Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Bakı Dövlət Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində, Azərbaycan Respublikasının Hesablama Palatasında müxtəlif vəzifələrdə çalışıb. 4 iyun 2018-ci il tarixdən  Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Maliyyə və təminat şöbəsinın müdiri vəzifəsinə təyin olunub.

12 aprel 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin  Sərəncamı ilə  Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.


Elxan Mikayılov

Aparat rəhbəri


Elxan Əvəz oğlu Mikayılov 21 iyul 1984-cü ildə Ağdam rayonunda anadan olub. Ali təhsilini Standartlaşdırma və Sertifikasiya ixtisası üzrə 2001-2005-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində alıb. Təhsilini 2005-2007-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Standartlaşdırma və Sertifikasiya ixtisası üzrə magistr təhsili, 2012-2016-ci illərdə İqtisadiyyat Nazirliyi yanında İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda Ümumi iqtisadiyyat üzrə doktorantura təhsili alıb.

2007-ci ildə bir sıra beynəlxalq təşkilatların həyata keçirdiyi layihələrdə yerli qrup rəhbəri, biznes məsləhətçisi vəzifələrində çalışıb. 2015-2016-cı illərdə İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyində (SECO) və İsveçrənin Azərbaycandakı səfirliyində İqtisadi Məsələlər üzrə Milli Proqram rəhbəri olub. 2016-2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında İqtisadi islahatların təhlili və planlaşdırılması sektorunun müdiri vəzifəsində fəaliyyət göstərib. 2018-ci ilin may ayından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi sədrinin müşaviri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədrinin 28 dekabr 2020-ci il tarixli əmri ilə  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilib.

Bir çox elmi məqalələrin müəllifidir.

Rus və ingilis dillərini bilir.

Ailəlidir, 2 övladı var.