“Azərbaycanda İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsi” uğurla başa çatdırılıb


Beynəlxalq Maliyyə Korporasiyası ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında “Azərbaycanda İnvestisiya Mühiti və Aqrobiznes Rəqabətliliyi Layihəsi” uğurla başa çatdırılıb.

Layihə üzrə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın, eləcə də "Qida Təhlükəsizliyi haqqında" Qanun Layihəsinin hazırlanmasına dəstək verilmiş, zərərvericilərin risk təhlili qaydaları, qida məhsullarına dair ümumi gigiyena tələbləri, qida biznesi obyektlərinin risk qruplarının müəyyənləşdirilməsi qaydaları hazırlanmış, risklərin təhlili qaydaları, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə aid olan malların idxal qaydaları (İdxal Risk Qruplaşdırılması Meyarları daxil olmaqla), qida obyektlərinin qeydiyyatı və təsdiqi proseduru, qida təhlükəsizliyi sahəsində risk əsaslı yoxlamaların aparılması, qida təhlükəsizliyi sahəsində böhran vəziyyətlərinin idarə edilməsi, təhlükəli qida və yem məhsullarının geri çağrılması, utilizasiyası və məhv edilməsi qaydalarının layihələrinin hazırlanması təmin edilmiş, həmçinin "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" 2013- cü il tarixli Qanunun qida təhlükəsizliyi aspektindən təkmilləşdirilməsinə dair təkliflər verilmişdir.

Eyni zamanda AQTA-nın aparıcı qida müfəttişlərinin London Tənzimləyici İslahatlar Beynəlxalq Konfransında iştirakına dəstək göstərilmiş, Agentliyin aparıcı mütəxəssisləri üçün "Türkiyə təcrübəsinə əsaslanan Qida Təhlükəsizliyi İnformasiya Sisteminin Təhlili və İnkişafı" mövzusunda Ankaraya tanışlıq səfəri təşkil edilmiş, Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) dair Konsepsiya hazırlanmış, eləcə də qida təhlükəsizliyi və fitosanitar müfəttişləri üçün risk əsaslı yoxlamalar sahəsində təlimlər keçirilmişdir.