“Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi” layihəsi barədə məlumat


 

Layihənin adı: “Azərbaycanda sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi”

Layihənin məqsədləri: Layihəninin ümumi məqsədi qida və yemlərin təhlükəsizliyinin artırılmasına töhfə vermək və təkmilləşdirilmiş sanitar və fitosanitar standartlara uyğun ixrac imkanlarını genişləndirməkdir.

Layihənin xüsusi məqsədi bitki mənşəli qida və yemlər üzrə sanitar və fitosanitar qanunvericiliyin təkmilləşdirilməsi və həyata keçirilməsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə dəstəyin göstərilməsidir.

Layihənin icra müddəti: Layihənin icra müddəti 27 aydır (24 ay layihənin həyata keçirilməsi və 3 ay bağlanma dövrü).

Layihənin büdcəsi: Qrant üçün maksimum büdcə 1,500,000 avrodur .

Layihə aşağıdakı 4 komponentdən ibarətdir:

Komponent 1. – Qida təhlükəsizliyi qanunvericiliyi:

Nəticə. Milli qida qanunvericiliyinin Avropa İttifaqi qanunvericiliyinə daha da uyğunlaşdırılmışdır.

Komponent 2. - Bitki mühafizə vasitələrinə nəzarət və bazara çıxarılmasına icazə:

Nəticə. Bitki mühafizə vasitələrinə nəzarət və onların bazara çıxarılmasına icazə sistemi qanunvericilik çərçivəsində hazırlanır və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsdiqlənir.

Komponent 3. - 1 və 2-ci komponentlər üzrə təkmilləşdirilmiş qanunvericilik əsasında qalıq monitorinq proqramlarının hazırlanması:

Nəticə. Bitki mənşəli məhsullarda pestisid qalıqları, ağır metallar, miktoksinlər və digər arzuolunmaz/qadağan olunmuş maddələr üzrə (ixrac üçün nəzərdə tutulan məhsullar əsas götürülməklə)  monitorinq proqramları hazırlanmış, AQTA səviyyəsində təsdiq edilmiş və həyata keçirilməsində dəstək göstərilmişdir.

Komponent 4. - İT əsaslı fitosanitar informasiya sisteminin məlumat bazası:

Nəticə. İT əsaslı fitosanitar informasiya sistemi hazırlanmış və AQTA tərəfindən təsdiqlənmişdir.