Mal-qaranın daşınması zamanı zəruri qaydalar


Paylaşılıb 19.06.2020


Mal-qaranın daşınması zamanı zəruri qaydalar:

  • Kəsimə aparılan heyvan düzgün daşınmalıdır
  • Yalnız sağlam heyvanlar kəsimə aparıla bilər
  • Heyvanlar kəsim məntəqələrinə sürü ilə, xüsusi vaqonlarla, su və avtomobil nəqliyyatı ilə daşına bilər
  • Heyvanlar dezinfeksiya olunmuş nəqliyyat vasitələri ilə daşınmalıdır
  • Sağlamlığı təsdiq edən baytarlıq şəhadətnaməsi olmadan heyvanlar daşınmamalıdır
  • Heyvanlar daşınarkən coğrafi-iqlim şəraiti nəzərə alınmalıdır
  • Daşınma müddəti itkinin yaranmasına təsir edir
  • Uzaq məsafəyə heyvan daşınması zamanı yemləmə-sulama, istirahət təmin edilməlidir
  • Heyvanın saxlandığı təsərrüfat baytarlıq-sanitariya tələblərinə uyğun olmalıdır
  • Baytarlıq preparatları tətbiq olunmuş heyvan təlimatdakı müddət bitdikdən sonra kəsim üçün daşınmalıdır
  • Heyvanın kəsimxanaya qəbulu baytarlıq şəhadətnaməsinə uyğun aparılmalıdır
  • Kəsim heyvanların rifahı qorunmaqla həyata keçirilməlidir