Qida zəhərlənmələrindən qorunmaq üçün AQTA-dan zəruri tövsiyələr


Paylaşılıb 08.07.2020


Qida zəhərlənmələrinə daha çox yay aylarında təsadüf edilir. Zəhərlənmələrə bakteriya və onların toksinləri, viruslar, parazitlər və ya kimyəvi maddələrlə yoluxmuş qida və su qəbulu səbəb ola bilər.

Araşdırmalar göstərir ki, zəhərlənmələrə əsasən qida məhsulları ilə düzgün davranmamaq, qidaların saxlanma və emal qaydalarına əməl etməmək səbəb olur. Qida vasitəsilə yaranan xəstəliklərin qarşısını almaq, eləcə də zəhərlənmə təhlükəsini aradan qaldırmaq üçün bəzi tövsiyələrə əməl etmək lazımdır.

Qida zəhərlənmələrindən qorunmaq üçün üçün nələrə diqqət etmək lazımdır

-İstifadə müddəti bitmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları qəbul etməyin

-Pasterizə olunmamış süd və süd məhsullarından istifadə məsləhət görülmür

-Qutusu zədələnmiş və ya qapağı boşalmış konservləri istifadə etməyin

-Meyvə-tərəvəzi axar ilıq su ilə yaxşı yuyub istehlak etmək lazımdır

-Ət, toyuq, balıq məhsullarını və südü uyğun müddətdə və temperaturda bişirin

-Yeməkləri günlük olaraq hazırlayın, artıq qalanını isə bir dəfədən çox isitməyin

-Yemək hazırlayıb bişirərkən və süfrəyə təqdim edərkən şəxsi gigiyena qaydalarına riayət edin