Pandemiya dövründə mehmanxanaların ictimai iaşə sahəsinin fəaliyyəti ilə bağlı tələblər


Paylaşılıb 04.09.2020


Pandemiya dövründə mehmanxanaların ictimai iaşə sahəsinin fəaliyyəti ilə bağlı tələblər:

- Girişdə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları barədə lövhə yerləşdirilməli

- Xüsusi döşəmə işarələri ilə nişanlanmaqla 2 metrlik fiziki məsafə qaydası tətbiq edilməli

- Eni 0,7 metrdən az olan masaların ətrafında qonaqlar qarşı-qarşıya, lakin çarpaz qaydada əyləşməli

- Yan-yana əyləşdikdə eni azı 1 metr olan bar masalarında oturacaqlar 1 metr məsafə ilə yerləşdirilməli

- Sıxlığın yaranmaması üçün əvvəlcədən rezervasiyalar təşviq olunmalı