AQTA ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarların maarifləndirilməsini davam etdirir
Paylaşılıb 26.11.2020

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə metodiki köməklik etmək məqsədilə COVID-19-un profilaktikası çərçivəsində əməl edilməli vacib qaydaları əks etdirən növbəti maarifləndirici videoçarx hazırlayıb. Sözügedən videoda koronavirusun profilaktikası istiqamətində Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydalar, bu sahədə tətbiq edilən metodiki göstərişlərin tələbləri əksini tapıb. Sözügedən videoçarxı keçidə daxil olaraq əldə edə bilərsiniz.