COVID-19-dan qorunmaq üçün ərzaq mağazalarında alış-veriş zamanı istehlakçıların diqqət etməli olduğu məqamlar


Paylaşılıb 03.04.2020


COVID-19-dan qorunmaq üçün ərzaq mağazalarında alış-veriş zamanı istehlakçıların diqqət etməli olduğu məqamlar

- Sıxlığın nəzərə alınması: Alış-veriş üçün sıxlığın nisbətən az olduğu saatlara üstünlük verin.

- Kassa növbəsi: Kassa qarşısında növbədə olarkən digər şəxslərlə aranızda 2 metr məsafə saxlayın.

- Ödəniş: Pulla mümkün qədər az təmas edin, nağdsız ödənişə üstünlük verin.

- Çatdırılma xidməti: Evlərə ərzaqların çatdırılması xidmətinə üstünlük verin.