Qida Təhlükəsizliyi Agentliyinin tanıtım videosu yayımlanıb


Paylaşılıb 11.04.2018 08:00


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi böyük məmnuniyyətlə sizə Agentliyimizin yeni promoçarxını təqdim edir:

“Süfrəmizə gəlib çıxan qidanın təhlükəsizliyi vacib şərtdir. Bu əminliyin bərqərar olmasında ölkənin çoxsaylı dövlət qurumlarının birgə səyi durur.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlarımızın istifadə etdiyi müxtəlif çeşidli qidanın təhlükəsiz və sağlam olması kimi strateji məqsədi təmin  etmək və digər qurumların bu sahədə fəaliyyətini əlaqələndirmək üçün yaradılmışdır. Agentlik qida zəncirinin bütün mərhələlərində dövlət nəzarətini həyata keçirərək istifadə etdiyimiz qidanın beynəlxalq standartlara uyğunluğuna nail olmağı qarşısına hədəf qoymuşdur.

Bunu təmin etmək üçün təmin etmək üçün bizim 10 milyon səbəbimiz var.

Təhlükəsiz qida ilə sağlam gələcəyə”.