AQTA-nın “Təhlükəsiz Qida” adlı onlayn verilişi yayımlanacaq


Paylaşılıb 19.11.2020 15:13


20 noyabr 2020-ci il tarixində saat 15:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Təhlükəsiz qida” adlı onlayn verilişi “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq.

“Təhlükəsiz qida” onlayn veriliş layihəsinin reallaşdırılmasında məqsəd qida məhsulları istehlakçılarının, habelə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsini təmin etməkdir.

Verilişdə ölkə ərazisində həyata keçirilən fitosanitar nəzarət tədbirləri, qış mövsümündə bitki sağlamlığı ilə bağlı izləyicilərə geniş məlumat veriləcək.

Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları Respublikanın Baş dövlət fitosanitar müfəttişi Xəyalə Dadaşovaya ünvanlaya bilərsiniz.