AQTA-nın “Təhlükəsiz Qida” adlı onlayn verilişi yayımlanacaq


Paylaşılıb 02.12.2020 16:27


4 dekabr 2020-ci il tarixində saat 15:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Təhlükəsiz qida” adlı onlayn verilişi “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq.
“Təhlükəsiz qida” onlayn veriliş layihəsinin reallaşdırılmasında məqsəd qida məhsulları istehlakçılarının, habelə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsini təmin etməkdir.
Verilişdə COVID-19-un profilaktikası ilə bağlı zəruri olan tələblər, eləcə də AQTA-nın ictimai iaşə müəssisələrində həyata keçirdiyi yoxlama-nəzarət tədbirləri ilə bağlı izləyicilərə geniş məlumat veriləcək.
Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları AQTA-nın şöbə müdiri Əkbər Əliyevə ünvanlaya bilərsiniz.