Kotirovka sorğusu


Paylaşılıb 26.04.2018 08:00


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi 1-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransının və 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisinin təşkili və promo-məhsulların hazırlanması xidmətlərinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

Kotirovkalar sorğusunda iştirak etmək üçün sənədlər AZ 1029, Azərbaycan, Bakı, Heydər Əliyev prospekti 152, Çinar Plaza, Qida Təhlükəsizliyi Agentliyi, 33-cü mərtəbə ünvanına 07 may 2018-ci il saat 15.00 tarixə qədər təqdim olunmalıdır.

Maraqlanan təşkilatlar (012) 377-00-77 (daxili 199) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.