Daha 61 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb
Paylaşılıb 13.01.2021 16:41

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 11-12 yanvar 2021-ci il tarixlərində qida məhsulları sahəsində fəaliyyət göstərən 61 sahibkarlıq subyekti qida təhlükəsizliyi qeydiyyatına alınıb.
Qeyd edilən tarixlərdə 5 sahibkarlıq subyektində aparılmış təftiş və ekspertiza nəticəsində aşkarlanmış nöqsanlar əsasında həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunub.
Qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina olunan subyektlər:
S/S |
Subyektin adı |
Fəaliyyət istiqaməti |
İmtina səbəbi |
1 |
Səfərova Ziyafət Müseyib qızı |
İstehsal |
Sahibkar fəaliyyətini dayandırmışdır.
|
2 |
İsmayılov Vaqif Teymur oğlu |
Topdan satış |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.
|
3 |
İbadov Emil Nazim oğlu |
İstehsal |
Sahibkar fəaliyyətini dayandırmışdır.
|
4 |
Vəliyev Dadaş Azadalı oğlu |
İstehsal |
Sahibkar fəaliyyətini dayandırmışdır.
|
5 |
"ZİRVƏ BROYLER" Məhdud Məsuliyyətli Cəmiyyəti |
İlkin istehsal |
Müvafiq sanitar norma və qaydaların tələblərinə uyğun deyil.
|
Agentlik bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini qida təhlükəsizliyi qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır.