Ağcabədidə qanunsuz fəaliyyət göstərən süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb


Paylaşılıb 18.01.2021 17:00


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində nəzarət tədbirləri davam etdirilir.

Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Agentliyin müfəttişləri tərəfindən Ağcabədi rayonu, 4 yol ərazisində  fəaliyyət göstərən, fiziki şəxs Nəcəfov Təşkilat Qüdrət oğluna məxsus süd qəbulu məntəqəsinə baxış keçirilib. Baxış zamanı süd qəbulu müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, baytarlıq-sanitariya və sanitar-gigiyena qaydalarına əməl etmədən və heç bir texniki normativ hüquqi aktların tələblərinə uyğun olmadan fəaliyyət göstərdiyi aşkar olunub.

Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.