Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) 15-21 yanvar 2021-ci il tarixlərində 24 ölkədə xəstəlik ocağının mövcudluğu barədə məlumat açıqlayıb
Paylaşılıb 22.01.2021 17:47

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
15-21 yanvar 2021-ci il tarixlərində Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) ümumdünya heyvan sağlamlığı informasiya sistemi vasitəsilə 8 heyvan xəstəliyi üzrə 24 ölkədə xəstəlik ocağının mövcudluğu barədə məlumat açıqlayıb.
№ |
Ölkə |
Qeydə alınan xəstəliyin adı və xəstəlik ocağının sayı |
1 |
Fransa |
Yüksək patogen quş qripi-75, aşağı patogen quş qripi-2. |
2 |
Rusiya |
Donuzların Afrika taunu-4, yüksək patogen quş qripi-1, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi-1. |
3 |
Koreya |
Yüksək patogen quş qripi-34, donuzların Afrika taunu-38. |
4 |
Almaniya |
Yüksək patogen quş qripi-26, donuzların Afrika taunu-10. |
5 |
Latviya |
Donuzların Afrika taunu-12. |
6 |
Rumıniya |
Donuzların Afrika taunu-45. |
7 |
Polşa |
Yüksək patogen quş qripi-4. |
8 |
Macarıstan |
Donuzların Afrika taunu-154. |
9 |
Cənubi Afrika |
Dabaq-2, donuzların Afrika taunu-3. |
10 |
Hindistan |
Yüksək patogen quş qripi-4. |
11 |
Şimali irlandiya |
Yüksək patogen quş qripi-1. |
12 |
İngiltərə |
Yüksək patogen quş qripi-3. |
13 |
İrlandiya |
Yüksək patogen quş qripi-2. |
14 |
İsveç |
Yüksək patogen quş qripi-4. |
15 |
Meksika |
Dovşanların hemorragik xəstəliyi-6, heyvanlarda (İtlərdə) COVID-19 virusu-1. |
16 |
Namibiya |
Dabaq-1. |
17 |
İraq |
Yüksək patogen quş qripi-1. |
18 |
Ukrayna |
Yüksək patogen quş qripi-2. |
19 |
Şri-Lanka |
Nodulyardermatit-6. |
20 |
Slovakiya |
Yüksək patogen quş qripi-1. |
21 |
İsrail |
Epizootik homorraji virus xəstəliyi-16. |
22 |
Vetnam |
Yüksək patogen quş qripi-6. |
23 |
Belçika |
Yüksək patogen quş qripi-1. |
24 |
Keniya |
Rift vadisi isitməsi (xırdabuynuzlu heyvanlarda)-2. |