AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir


Paylaşılıb 22.02.2021 18:29


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliyin tələblərinə, həmçinin Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydlər davam etdirilir.

Nəzarət tədbirləri çərçivəsində 21 fevral 2021-ci il tarixində ölkə üzrə 317 ictimai iaşə obyektində 522 monitorinq keçirilib. Monitorinqlər zamanı 25 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Uyğunsuzluqlar aşkar edilən ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, M. Sübhi 2 ‎ünvanında yerləşən, fiziki şəxs Məmmədov İlham Balay oğluna məxsus “Üç boçka“ restoranı;

2. Bakı şəhəri, Binəqədi rayonu‎, Binəqədi şosesi, ev 4 ünvanında yerləşən‎, fiziki şəxs Quliyev Şəfahət Hüseyn oğluna məxsus kafe;

3. Bakı şəhəri, Yasamal rayonu‎, Həsənbəy Zərdabi ev 589 ünvanında yerləşən‎, fiziki şəxs Xəlilov Fərid Qəhrəman oğluna məxsus kafe;

4. Bakı şəhəri, Nizami rayonu‎, Babək prospekti 2211 ünvanında yerləşən‎, fiziki şəxs Abdullayev Ələsgər Bayram oğluna məxsus restoran;

5. Bakı şəhəri, Suraxanı rayonu‎, Yeni Suraxanı 14 iyul küçəsində yerləşən‎, fiziki şəxs Feyzullayev Vüsal Mübariz oğluna məxsus “Abi” dönər evi;

6. Bakı şəhəri, Səbail rayonu‎, İstiqlaliyyət 49 ünvanında yerləşən‎, fiziki şəxs Abbasov Ramiz Aydın oğluna məxsus dönərxana;

7. Bakı şəhəri, Qaradağ rayonu‎‎, Qobupark yaşayış kompleksi, 1-ci yaşayış massivi, bina 7 ünvanında yerləşən‎, Həsənov İlham Ağalar oğluna məxsus kafe;

8. Bakı şəhəri, Nərimanov rayonu‎‎, Heydər Əliyev prospekti 83A ünvanında yerləşən‎, hüquqi şəxs "X-D group" MMC-yə məxsus restoran;

9. Bakı şəhəri, Xəzər rayonu‎, R. İmanov ünvanında yerləşən‎, fiziki şəxs Elvin Məmmədov Qalib oğluna məxsus "Qəbələ" restoranı;

10. Bakı şəhəri, Nərimanov rayonu‎‎, Faiq Yusifov ünvanında yerləşən‎, fiziki şəxs Təhməzov Gündüz Sahil oğluna məxsus "Harrison Baku" restoranı;

11. Bakı şəhəri, Nərimanov rayonu‎‎, Azadlıq pr., ev231m ünvanında yerləşən‎, fiziki şəxs Cəlilov Vüqar Vilayət oğluna məxsus "Kaddeh" restoranı;

12. Bakı şəhəri, Nərimanov rayonu‎‎, ev 116 ünvanında yerləşən‎, fiziki şəxs İsmayılov Vüqar Əhməd oğluna məxsus restoran;

13. Bakı şəhəri, Nərimanov rayonu‎‎, Əliyar Əliyev 26 ünvanında yerləşən‎, fiziki şəxs Alışanov Təbriz İldırım oğluna məxsus restoran;

14. Bakı şəhəri, Sabunçu rayonu‎‎, ‎R. Qəmbərov küçəsində yerləşən‎, fiziki şəxs Əliyev Çingiz Fədayi oğluna məxsus çay evi;

15. Bakı şəhəri, Nizami rayonu‎nda yerləşən‎, fiziki şəxs Şamıyev Müşviq Bağı oğluna məxsus restoran;

16. Bakı şəhəri, Nizami rayonu‎, Əlif Hacıyev ev 40 ünvanında yerləşən‎, hüquqi şəxs "Cyber Store" MMC-yə məxsus çay evi;

17. Hacıqabul rayonu‎, Muğan qəsəbəsində yerləşən‎, fiziki şəxs Məmmədov Zabil Xanış oğluna məxsus kafe;

18. Zaqatala rayonu‎, Əmirov ev.201a ünvanında yerləşən‎, fiziki şəxs Xəlilov Rafiq İsmət oğluna məxsus yeməkxana;

19. Zaqatala rayonu‎, Heydər Əliyev prospektində yerləşən‎, fiziki şəxs Qurbanov Məhəməd Vaqif oğluna məxsus "Real Lounge" restoranı;

20. Gəncə şəhəri‎, Cavadxan 38 ünvanında yerləşən‎, fiziki şəxs Məmmədov Maarif Aydın oğluna məxsus çay evi;

21. Tovuz rayonu‎, Aşağı Quşçu küçəsində yerləşən fiziki şəxs Abbasov Tural Vahid oğluna məxsus çay evi;

22. Şamaxı rayonu, Çuxuryurd ünvanında yerləşən‎, fiziki şəxs Eyubov Hünər Ramiz oğluna məxsus kafe;

23. Şamaxı rayonu, Məlhəm kəndi, ev 0, m. 0 ünvanında yerləşən‎, fiziki şəxs Abdullayev Sübhan Eldar oğluna məxsus "Məlhəm" restoranı;

24. Göyçay rayonu, Nizami küçəsində yerləşən‎, fiziki şəxs Quliyev Zaur Feyruz oğluna məxsus restoran;

25. Quba rayonu, Yusif Qasımov küçəsində yerləşən, hüquqi şəxs "Şahdağ Mehmanxana" MMC-yə məxsus “Şahdağ” mehmanxanasının tərkibində fəaliyyət göstərən restoran. 

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda respublika üzrə AQTA müfəttişləri tərəfindən monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.