3 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınıb


Paylaşılıb 01.03.2021 17:46


“Baytarlıq haqqında” Azərbaycan Respublikasının qanununa əsasən baytarlıq preparatlarının, onlara aid sənəd və materialların ekspertizası və qeydiyyat sınağının nəticələrinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq preparatlarının dövlət reyestrinə daxil edilməsi və bu barədə müvafiq formada hazırlanmış qeydiyyat şəhadətnaməsinin verilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilir.

26 fevral 2021-ci il tarixində AQTA tərəfindən ümumilikdə 3 adda baytarlıq preparatı, yem və yem əlavəsi dövlət qeydiyyatına alınaraq qeydiyyat şəhadətnaməsi sifarişçiyə təqdim olunub. Qeydiyyata alınan baytarlıq preparatları Türkiyə istehsalıdır.

İstehsalçı ölkə

İstehsalçı şirkət

Baytarlıq preparatı

1

Türkiyə

BAF Permiks ve Tarım San. Tic.Ltd.Şti

RodimetR NP 99

2

Türkiyə

BAF Permiks ve Tarım San. Tic.Ltd.Şti

Greenphos 22,7
 (Monokalsium fosfat)

3

Türkiyə

BAF Permiks ve Tarım San. Tic.Ltd.Şti

Greenphos 18
 (Dikalsium fosfat)