AQTİ tərəfindən göstərilən xidmətlərlə bağlı suallar onlayn verilişdə cavablandırılacaq


Paylaşılıb 07.04.2021 16:29


8 aprel 2021-ci il tarixində saat 16:00-da Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Təhlükəsiz qida” adlı onlayn verilişi “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi üzərindən canlı yayımlanacaq.

Bu dəfəki verilişdə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə təklif olunan xidmətlərlə bağlı izləyicilərə, həmçinin sahibkarlara geniş məlumat veriləcək.

Canlı yayım zamanı mövzu ilə əlaqədar sizi maraqlandıran sualları AQTİ-nin Sahibkarlara xidmət departamentinin müdiri Mehran Məmmədova ünvanlaya bilərsiniz.

Qeyd edək ki, “Təhlükəsiz qida” onlayn veriliş layihəsinin reallaşdırılmasında məqsəd qida məhsulları istehlakçılarının, habelə qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarların qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsini həmçinin vətəndaşlarla qurum arasında onlayn formatda canlı ünsiyyəti təmin etməkdir.