Xəbər

Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi Agentliyi

AQTİ əməkdaşları beynəlxalq təlimdə iştirak edir


Paylaşılıb 08.11.2018


Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun (AQTİ) əməkdaşlarının iştirakı ilə Türkiyənin İstanbul şəhərində “ISO 22000 - Qida təhlükəsizliyinin idarəetmə sistemi” mövzusunda keçirilən təlimlər davam edir.

“Qida təhlükəsizliyi idarəetmə sisteminin sənədləşməsi” və “Qida təhlükəsizliyi idarəetmə sistemində daxili yoxlama” mövzuları üzrə keçirilən təlim çərçivəsində Türk Standartları İnstitunun (TSE) Qida laboratoriyasının müdiri Meriç Karacan ilə görüşən AQTİ-nin əməkdaşları Biogenetik və qida laboratoriyasının fəaliyyəti ilə tanış olublar.

Təlimdə iştirakçılara balın tərkibi, 112 sayda müxtəlif növ pestisidlərin və aflotoksinin miqdarını müəyyən edən, həmçinin qida məhsullarının tərkibində proteinin, nitrat, nitrit kimi birləşmələrin və digər analizlərin aparılmasında istifadə olunan cihazlar haqqında nəzəri və praktiki məlumatlar verilib.

Qeyd edək ki, TSE-nin təşkilatçılığı ilə noyabr ayının 5-dən etibarən başlayan təlim 5 gün davam edəcək. Təlimin sonunda iştirakçılar beynəlxalq sertifikatla təltif olunacaqlar.