Xəbər

Azərbaycan Respublikasının
Qida Təhlükəsizliyi Agentliyi

AQTA mütəxəssisləri DGK inspektorlarına təlim keçiblər


Paylaşılıb 08.11.2018


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri Dövlət Gömrük Komitəsinin (DGK) inspektorlarına təlim keçiblər.

Təlimdə 80-dən artıq inspektor iştirak edib. Onlara Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti, qida təhlükəsizliyi sahəsində müvafiq qanunvericilik, idxal-ixrac prosedurları, beynəlxalq təcrübə və digər mövzular barədə məlumat verilib.

Təlimlərin keçirilməsində məqsəd gömrük sərhəd buraxılış məntəqələrində baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid sənədlərin rəsmiləşdirilməsi, onlar üzərində gömrük nəzarətinin həyata keçirilməsi istiqamətində biliklərin artırılmasıdır. Oktyabrın 15-dən başlayan təlimlər 4 həftə davam edib.