Xəbər

AQTA quşçuluqla bağlı yeni videoçarx hazırlayıb


Paylaşılıb 29.11.2018


AQTA qida təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri çərçivəsində yeni videoçarx hazırlayıb.

Videoçarxın hazırlanmasında əsas məqsəd qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində sahibkarların və istehlakçıların maarifləndirilməsi, eyni zamanda qida zəncirinin bütün mərhələlərində iştirak edən tərəflərin üzərinə düşən məsuliyyət və öhdəliklərin diqqətə çatdırılmasıdır.

Təqdim olunan yeni videoçarx son günlər geniş müzakirə mövzusuna çevrilən quşçuluq sahəsi ilə bağlıdır. Quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi qeydiyyatından keçməsinin vacibliyi vurğulanan videoçarxda idxal olunan yem və yem məhsulları üzrə mövcud qanunvericiliyin tələbləri, istehsal şəraitində heyvan sağlamlığına riayət olunması, quşçuluq məhsulların mövcud standartları və keyfiyyət göstəriciləri öz əksini tapıb.

AQTA qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi maarifləndirmə tədbirlərində fəal iştirakına və dəstəyinə görə “Qaraqaşlı Broyler” ASC-yə təşəkkür edir.