Xəbər

AQTA əməkdaşları Kodeks Alimentarius Komissiyasının sessiyasında iştirak edib


Paylaşılıb 30.11.2018


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri Almaniyanın Berlin şəhərində keçirilən Kodeks Alimentarius Komissiyasının "Xüsusi pəhriz istifadəsi üçün qidalanma və qida məhsulları" üzrə komitəsinin 40-cı sessiyasında iştirak ediblər.

Sessiyada 0-3, 3-6 yaş qruplarında olan uşaqların qidalarında qida əlavələri, vitamin, karbohidrat, zülal miqdarının müəyyənləşdirilməsi, həmin qida məhsullarının qablaşdırılması, adlandırılması və etiketlənməsi istiqamətində müzakirələr aparılıb. Həmçinin sessiyada istifadə üçün hazır müalicəvi qidaların tərkibinə dair standartlar və əlavələrin müəyyənləşdirilməsi, biofortifikasiyanın tərifinə dair, qida zəncirində omega-3 yağ turşusunun rolu, trans yağların azaldılması, qidalardan və qida əlavələrində probiotiklərin istifadəsi və müxtəlif qida profillərinin yaradılması istiqamətində fikir mübadiləsi aparılıb, qeyd edilən mövzularda müxtəlif ölkələrin rəyləri əsasında qərarlar qəbul edilib.

Qeyd edək ki, sessiyada 80 ölkədən 400-dən çox nümayəndənin iştirak edib