AQTA Fooddata.az portalını təqdim edib


Paylaşılıb 27.12.2018 08:00


AQTA tərəfindən ərzaq məhsullarının istehsalı, idxalı, ehtiyatları və ticarət axınları üzrə vahid elektron informasiya portalı istifadəyə verilib. Fooddata.az  portalı  “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planınına uyğun olaraq yaradılıb.

Məqsəd hüquqi və fiziki şəxsləri, ocümlədən dövlət orqanlarını ərzaq məhsullarının istehsalı, idxalı, ehtiyatları və ticarət axınları barədə məlumatlandırmaqdır. Portalda ölkədə istehsal olunan, idxal və ixrac edilən qida məhsulları barədə ətraflı məlumat yerləşdiriləcək. Bu  vətəndaşlara imkan verəcək ki, onlar istehlak etdikləri qida məhsullarının hansı ölkədən və nə vaxt idxal edildiyi istehsalı və ixracı barədə məlumat alsınlar.

Eyni zamanda fooddata.az portalındakı məlumatlar xaricdən Azərbaycana investisiya cəlb edilməsinə də imkan yarada bilər. Belə ki, portal Azərbaycanda hansı qida məhsullarının istehsal edildiyi və ölkədə hansı qida məhsullarına tələbat olduğu ilə bağlı məlumatların xarici ölkələrdən də izlənməsinə imkanı yaradır.

Portalda Qida Təhlüksəziliyi Agentliyi ilə yanaşı Dövlət Statistika Komitəsi, Kənd Təsərrüfatı Nazirliyinin, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Azexport.az portalının təqdim etdiyi açıq hesab edilən məlumatlar yer alacaq.

Fooddata.az  portalında digər dövlət qurumları ilə əlaqələndirici keçid linkləri, qida təhlükəsizliyi və sağlam qidalanma ilə bağlı maarifləndirici məlumatla, beynəlxalq təcrübəni əks etdirən informasiyalar yerləşdirilib.

Qeyd edək ki, portalın gələn ilin ilk rübü ərzində daha da təkmilləşdirilməsi nəzərdə tutulur.