Bioloji fəallığa malik qida əlavələri dərman vasitəsi deyil!


Paylaşılıb 25.10.2021 15:50


Qida əlavələri orqanizmin gücləndirilməsi, qidanın zənginləşdirilməsi məqsədilə həkim tərəfindən tövsiyə oluna bilər. Lakin xəstəliklərin qarşısının alınması və ya müalicəsi üçün təyin olunan dərman vasitələrini əvəz etmir.
- Bioloji fəallığa malik qida əlavələrinin istifadə təlimatında "Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz" ifadəsi mütləq qeyd edilməlidir.
- Qida əlavələrinin istifadə təlimatında xəstəliklərin adı, onların qarşısının alınması və müalicəsi məqsədilə istifadə edilməsi və ya bu cür təəssürat yaradan ifadələr olmamalıdır.
- Bioloji fəallığa malik qida əlavələrinin ölkəyə idxalı və satışı qanunvericiliyin tələblərinə uyğun təmin edilməlidir.
- Uşaqlar üçün nəzərdə tutulmayan qida əlavələrinin qablaşdırılmasında körpə uşaq şəkilləri əks olunmamalıdır.
- Bu sahədə fəaliyyət göstərən sahibkarlar qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməlidir. İstehlakçılar isə bu məhsulları alarkən qablaşma üzərindəki və ya içlik vərəqəsində qeyd olunan istifadə təlimatını diqqətlə oxumalıdır.