AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir


Paylaşılıb 26.11.2021 18:23


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 25-də ölkə üzrə 347 ictimai iaşə obyektində 661 monitorinq keçirilib. Monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb. 

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nizami ‎rayonu, Qara Qarayev pr., ev 39 ünvanında yerləşən, hüquqi şəxs "Es-Er" MMC-yə məxsus “Biz-bizə restoranı;

2. Bakı şəhəri, Xətai ‎ rayonu, Gəncə pr. 417 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Ramin Xalidşah oğluna məxsus “Sədək” restoranı;

3. Bakı şəhəri, Suraxanı rayonu, Oqtay Şabanov küçəsində yerləşən, fiziki şəxs Əliyev Müşfiq Famil oğluna məxsus "Hövsan Lounge" restoranı;

4. Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi 4 ünvanında yerləşən, fiziki şəxs Abdullayev Elvin Gündüz oğluna məxsus kafe;

5. Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küç., ev 429A ünvanında yerləşən, fiziki şəxs Şahbazov Aqil İlqar oğluna məxsus yeməkxana;

6. Qusar rayonu, Əliyev prospektində yerləşən, fiziki şəxs Zeynalov Ruslan Xıdır oğluna məxsus restoran.

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.