AQTA koronavirusun profilaktikası çərçivəsində monitorinqləri davam etdirir


Paylaşılıb 27.11.2021 13:07


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

Nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 26-də ölkə üzrə 384 ictimai iaşə obyektində 667 monitorinq keçirilib. Monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 41d ünvanında yerləşən, fiziki şəxs Rüstəmov Xəyal Məqatil oğluna məxsus kafe;

2. Bakı şəhəri, Yasamal rayonu, Abbasov küç., ev 9m ünvanında yerləşən, fiziki şəxs Hüseynov Əli Rəşad oğluna məxsus “102 Xingalxana” restoranı;

Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.