AQTA-nın Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin növbəti iclası keçirilib


Paylaşılıb 14.01.2022 18:05


14 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin onlayn formatda növbəti plenum iclası keçirilib. Tədbirdə komitə üzvləri, ilk həmkarlar təşkilatlarının sədrləri, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin məsul şəxsləri iştirak edib.

İclasda Agentliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Tural Əlizadə 2021-ci il ərzində görülən işlər haqqında iştirakçılara geniş məlumat verib. Komitə üzvləri ilə bir sıra təşkilati məsələlər müzakirə olunub, Respublika Komitəsinin hesabat-seçki yığıncaqlarının 2024-cü ilədək təxirə salınması barədə Plenum Qərarı Agentliyin ilk həmkarlar ittifaqı komitə sədrlərinin nəzərinə çatdırılıb.

Sonda gündəlikdə duran məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.