AQTA-da işə yeni qəbul olunan dövlət qulluqçularına təlim keçirilib


Paylaşılıb 25.02.2019 17:34


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində vakant dövlət qulluğu vəzifəsinə qəbulda uğurlu nəticə göstərərək Agentliyin Aparatında işlə təmin olunan əməkdaşlarla görüş keçirilib. Görüş zamanı əməkdaşlara dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının qanunun tələblərinə riayət edilməsinin vacibliyi barədə məlumat verilib. 
Təlim çərçivəsində korrupsiyaya qarşı mübarizə, daxili intizam qaydaları, dövlət qulluqçusunun əməl etməli olduğu əsas etik prinsiplər, etik davranış qaydalarına əməl olunmasına nəzarət və s. barədə məlumatlar dövlət qulluqçularının diqqətinə çatdırılıb. 
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin Aparatında vakant olan bəzi inzibati vəzifələrin tutulması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 2018-ci il 5 noyabrda elan edilmiş müsabiqə üzrə müsahibədə 27 nəfər iştirak edib. Onlardan 19-u vakant dövlət qulluğu vəzifəsinə uyğun hesab edilib və müvafiq vəzifələrə təyin olunub. 8 nəfər isə Agentliyin ehtiyyat kadrları siyahısına əlavə edilib.