Obliqat qrupuna daxil olan işçilər tibbi müayinədən keçməlidirlər


Paylaşılıb 16.09.2022 10:10


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qanunvericiliklə müəyyən edilmiş vəzifələrdən irəli gələrək ticarət və ictimai iaşə müəssisələrində monitorinqlər davam etdirilir. Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində qida təhlükəsizliyi tələblərinə uyğun olaraq, qida sahəsində fəaliyyət göstərən müəssisələrdə sanitar-gigiyenik vəziyyətin yoxlanılması, həmçinin vətəndaşların sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi ilə bağlı zəruri tədbirlər görülür.

“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əhalinin sağlamlığının qorunması, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verilməməsi, zəhərlənmələrin qarşısının alınması məqsədilə obliqat qrupuna daxil olan işçilərin işə qəbul olunmazdan əvvəl və işlədikləri müddət ərzində vaxtaşırı tibbi müayinədən keçmələri və tibbi arayışlarla təmin olunmaları zəruridir.

Tibbi müayinədən keçməyən və xəstəlik daşıyıcısı olan əməkdaşların qida obyektlərində hər hansı bir formada birbaşa, yaxud dolayısı yolla qida ilə təmasda olması qida məhsulları vasitəsilə insan sağlamlığında bir sıra fəsadların, o cümlədən mədə-bağırsaq pozuntuları ilə müşayiət olunan halların baş verməsinə, həmçinin qida zəhərlənmələrinə səbəb ola bilər. Eyni zamanda xəstəlik daşıyıcılarından qida vasitəsilə bir sıra dəri və yoluxucu xəstəliklər ötürülə bilər. Bununla əlaqədar qeyd olunan müəssisələrdə bütün işçilərin işə qəbul olunmazdan əvvəl ilkin və ildə bir dəfə dövri tibbi müayinədən keçmələri təmin olunmalıdır.

Həyata keçirilən nəzarət tədbirləri çərçivəsində 2022-ci ilin müvafiq dövrü ərzində AQTA tərəfindən aparılan monitorinqlər zamanı 2134 ictimai iaşə və ticarət müəssisəsində 7573 nəfər işçinin tibbi müayinədən keçmədən işlədiyi müəyyən edilib. Bununla əlaqədar olaraq, məsul şəxslərə dəfələrlə xəbərdarlıq olunaraq icrası məcburi göstərişlər verilsə də, həmin subyektlərin bəziləri tərəfindən nöqsanların aradan qaldırılmadığı, öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmadıqları məlum olub. Bu da nəticədə AQTA tərəfindən aparılan planlı və plandankənar yoxlamalar zamanı 29 qida subyektində işləyən və tibbi müayinədən keçməyən 106 nəfərin tibbi müayinədən keçərək sağlamlıq arayışını təqdim edənədək müvəqqəti kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarların qəbul edilməsinə səbəb olub:

 

Subyektin adı

Keçirilən yoxlamanın növü

Regional bölmə

Fəaliyyət sahəsi

Tətbiq olunan məhdudlaşdırıcı qərarın növü

1

Əliyev Kamil Kəniş oğlu

Plandankənar

Gəncə RB

Ət satışı

Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması 

2

Muradov Pərviz Rafiq oğlu

Planlı

Bərdə RB

“Qar-Qar” kafesi

Obliqat qrupuna daxil olan 2 nəfər işçinin müvəqqəti kənarlaşdırılması

3

Aslanov Həzi Əfqan oğlu

Plandankənar

Bərdə RB

Un dəyirmanı

Obliqat qrupuna daxil olan 3 nəfər işçinin müvəqqəti kənarlaşdırılması 

4

Quliyev Nizami Hilal oğlu

Planlı

Bərdə RB

“Mirvari” kafesi

Obliqat qrupuna daxil olan 4 nəfər işçinin müvəqqəti kənarlaşdırılması 

5

Nadirov Orxan Asif oğlu

Planlı

Bərdə RB

Ət satışı

Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması 

6

Quliyev Çərkəz İlham oğlu

Planlı

Bərdə RB

Ət satışı

Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması 

7

“Sünbül-2012” MMC

Planı

Salyan RB

Çörək sexi

Obliqat qrupuna daxil olan 21 nəfər işçinin müvəqqəti kənarlaşdırılması

8

İslamov Məhəmməd Mehralı oğlu

Planlı

Şamaxı RB

Ət satışı

Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması 

9

Şıxıyev Fərhad Sabir oğlu

Planlı

Şamaxı RB

Yeməkxana

Obliqat qrupuna daxil olan 2 nəfər işçinin müvəqqəti kənarlaşdırılması 

10

Məmmədova Dinarə Yaqub qızı

Planlı

Şamaxı RB

Ərzaq mağazası

Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması 

11

Nuriyeva Lalə Allahşükür qızı

Planlı

Şamaxı RB

Ərzaq mağazası

Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması 

12

Mirzəliyev Ceyhun Firidun oğlu

Planlı

Şamaxı RB

Ərzaq mağazası

Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması 

13

Xəlilov Ağatalıb Nəcəfqulu oğlu

Planlı

Xaçmaz RB

“Məst Dərgah” restoranı

Obliqat qrupuna daxil olan 14 nəfər işçinin müvəqqəti kənarlaşdırılması 

14

Əlimuradov İntiqam Qənbər oğlu

Planlı

Xaçmaz RB

“Aynur Piknik” restoranı

Obliqat qrupuna daxil olan 7 nəfər işçinin müvəqqəti kənarlaşdırılması 

15

Daşdəmirov Çingiz Fərrux oğlu

Planlı

Şəki RB

“Saf Su” restoranı

Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması 

16

Salamov Əhməd Teymur oğlu

Planlı

Şəki RB

“Əhməd Haradadır” restoranı

Obliqat qrupuna daxil olan 8 nəfər işçinin müvəqqəti kənarlaşdırılması 

17

Dünyamalıyev Nizami Xəlil oğlu

Planlı

Şəki RB

“Şəki Dastan” restoranı

Obliqat qrupuna daxil olan 2 nəfər işçinin müvəqqəti kənarlaşdırılması 

18

Səmədov Etibar Əhliyar oğlu

Planlı

Şəki RB

“Aura” çay evi

Obliqat qrupuna daxil olan 2 nəfər işçinin müvəqqəti kənarlaşdırılması 

19

“Baloğlan” MMC

Planlı

Şəki RB

Çörək sexi

Obliqat qrupuna daxil olan 3 nəfər işçinin müvəqqəti kənarlaşdırılması 

20

Əsgərov Talıb Musa oğlu

Planlı

Şəki RB

İctimai iaşə

Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması 

21

Şəmçiyev Həşim Cabbar oğlu

Planlı

Şəki RB

“Qədim Nuxa” restoranı

Obliqat qrupuna daxil olan 2 nəfər işçinin müvəqqəti kənarlaşdırılması

22

Məmmədov Pərviz Əli oğlu

Planlı

Şəki RB

İctimai iaşə

Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması 

23

Cananov Mirdamət Sərdar oğlu

Planlı

Şəki RB

Çörək sexi

Obliqat qrupuna daxil olan 2 nəfər işçinin müvəqqəti kənarlaşdırılması 

24

Abdullayev Ağasəf Mösüm oğlu

Planlı

Şəki RB

“Samir” restoranı

Obliqat qrupuna daxil olan 4 nəfər işçinin müvəqqəti kənarlaşdırılması 

25



Qəhrəmanov Kamil Məhəmmədiyə oğlu

Planlı

Şəki RB



“Dondurma” kafesi

Obliqat qrupuna daxil olan 4 nəfər işçinin müvəqqəti kənarlaşdırılması 

26

Muxtarov Elvin Aydın oğlu

Planlı

Sumqayıt RB

“Royal Castle” restoranı

Obliqat qrupuna daxil olan 8 nəfər işçinin müvəqqqəti kənarlaşdırılması 

27

“Ukrayna Ticarət Evi” MMC

Planlı

Sumqayıt RB

Topdan satış
(anbar)

Obliqat qrupuna daxil olan 5 nəfər işçinin müvəqqəti kənarlaşdırılması 

28

Əliyev İsrail Əli oğlu

Planlı

Sumqayıt RB

Ət dükanı

Obliqat qrupuna daxil olan 1 nəfər işçinin müvəqqəti kənarlaşdırılması 

29

“Aytən” Kiçik Müəssisəsi

Planlı

Sumqayıt RB

“Palma” restoranı

Obliqat qrupuna daxil olan 2 nəfər işçinin müvəqqəti kənarlaşdırılması 

 

Agentlik bəyan edir ki, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri bu istiqamətdə öz üzərinə düşən məsuliyyəti dərk edərək məsələyə ciddi yanaşmalı və obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsini təmin etməlidirlər.