Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir


Paylaşılıb 29.09.2022 15:02


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

28 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Tərtər, Tovuz rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 2 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 3 məntəqədə kəsim qurğuları sökülüb, 1 müəssisədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və inzibati məsuliyyətə cəlb edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:

 

Sahibkarlıq subyekti

Ünvan

Görülən tədbir

Bakı şəhəri üzrə

1.      

Məmmədov Asiman Əli oğlu

Suraxanı rayonu, 14 İyul küçəsi

Yenidən bərpa olunmuş qurğular sökülüb

Abşeron rayonu üzrə

2.      

Yusibov Səbuhi Fikrət oğlu

Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi

Qanunsuz metal konstruksiyalar sökülüb

3.      

Təhməzov Sahib Yusif oğlu

Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi

Qanunsuz metal konstruksiyalar sökülüb

4.      

Rüstəmov Faiq Famil oğlu

Abşeron rayonu, Novxanı kəndi, H.Əliyev küçəsi

Qanunsuz metal konstruksiyalar sökülüb

Tərtər rayonu üzrə

5.      

Hüseynov Eldar İsa oğlu

Tərtər rayonu, Kolxoz Bazarı

İnzibati protokol tərtib edilib

Tovuz rayonu üzrə

6.      

Yusifov Elgün Valeh oğlu

Tovuz rayonu, Əyyublu kəndi

İnzibati protokol tərtib edilib

 

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.