Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Paylaşılıb 03.10.2022 16:51

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
30 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Bərdə, Tovuz rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 10 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 9 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
Niftəliyev Mahir Gülağa oğlu |
Xətai rayonu, R.Quliyev və Cavanşir küçələrinin kəsişməsi, “Kəngərli” ət dükanı |
Yenidən bərpa olunmuş qurğular sökülüb və inzibati protokol tərtib edilib |
2. |
Həsənov Namik Həsrət oğlu |
Xətai rayonu, R.Quliyev küçəsi 4 |
Yenidən bərpa olunmuş qurğular sökülüb və inzibati protokol tərtib edilib |
3. |
İsmayılov İntizam |
Xətai rayonu, R.Quliyev və Cavanşir küçələrinin kəsişməsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb və inzibati protokol tərtib edilib |
4. |
Nəzərov Nüsrət Mirzə oğlu |
Xətai rayonu, X.Məmmədov küçəsi |
Yenidən bərpa olunmuş qurğular sökülüb və inzibati protokol tərtib edilib |
Abşeron rayonu üzrə |
|||
5. |
Həsənov Əli Aqil oğlu |
Abşeron rayonu, Saray qəsəbəsi, bağ massivi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
6. |
Hüseynov Niyaməddin Ələkbər oğlu |
Abşeron rayonu, Saray qəsəbəsi, bağ massivi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
7. |
Hüseynov Dərgah Mərkəz oğlu |
Abşeron rayonu, Saray qəsəbəsi, bağ massivi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
8. |
Təhməzov İqbal Durmuş oğlu |
Abşeron rayonu, Saray qəsəbəsi, Saray körpüsü |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
Bərdə rayonu üzrə |
|||
9. |
Hüseynov Etibar Ramiz oğlu |
Bərdə şəhəri, Güloğlular kəndi, Təzə Bazar |
İnzibati protokol tərtib edilib |
10. |
Əlizadə Elvin Nazim oğlu |
Bərdə şəhəri, Bakı küçəsi, Təzə Bazar |
İnzibati protokol tərtib edilib |
11. |
Məmmədov Şahin Cavanşir oğlu |
Bərdə rayonu, Cəyirli kəndi |
İnzibati protokol tərtib edilib |
12. |
Əliyev Anar Teymur oğlu |
Bərdə şəhəri, Həsənqaya kəndi |
İnzibati protokol tərtib edilib |
13. |
Həsənov Avaz Niyaz oğlu |
Bərdə şəhəri, Həsənqaya kəndi |
İnzibati protokol tərtib edilib |
14. |
Qarayev Bəxtiyar İsa oğlu |
Bərdə rayonu, Cəyirli kəndi |
İnzibati protokol tərtib edilib |
Tovuz rayonu üzrə |
|||
15. |
Əkbərov Zöhrab Yüsifəli oğlu |
Tovuz rayonu, İbrahimhacılı kəndi |
Yenidən bərpa olunmuş qurğular sökülüb |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.