AQTA sədri 2-ci Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransında iştirak edəcək nümayəndə heyətləri ilə görüşüb


Paylaşılıb 16.05.2019 18:50


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Serbiya Respublikasının Kənd Təsərrüfatı, Meşəçilik və Su Təsərrüfatı Nazirliyinin Dövlət Katibi Senad Mahmutoviç, Gürcüstan Milli Qida Agentliyinin rəhbəri Zurab Çekuraşvili, ABŞ-Azərbaycan ticarət Palatasının Direktorlar Şurasının həmsədri Reza Vəziri ilə görüşüb.

Görüşdə Qida Təhlükəsizliyi Agentliyi ilə müvafiq qurumların əməkdaşlıq perspektivləri müzakirə edilib.

Agentliyin sədri Q. Təhməzli nümayəndə heyətlərinə ölkədə yeni qida təhlükəsizliyi sisteminin formalaşdırılması istiqamətində görülən işlər barədə geniş məlumat verib.

Görüş çərçivəsində tərəflər iki ölkənin qida təhlükəsizliyi sisteminə daxil olan laboratoriyalar arasında əməkdaşlıq imkanları, heyvanların identifikasiyası və qeydiyyatı sisteminin yaradılması zamanı beynəlxalq təcrübələrdən istifadə, qida məhsullarının idxal və ixrac prosedurları üzrə təcrübə mübadiləsinin aparılması, elmi tədqiqat sahəsində əməkdaşlığın həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.