Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir


Paylaşılıb 07.12.2022 17:25


 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

6 dekabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Tovuz, Şəki, Xaçmaz rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 13 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, məntəqədə kəsim qurğuları sökülüb, 11 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:

 

Sahibkarlıq subyekti

Ünvan

Görülən tədbir

Bakı şəhəri üzrə

1.     

Heydərov Fəxrəddin Nağdəli oğlu

Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 83

Yenidən bərpa edilmiş qurğular sökülüb

2.     

Məsimov Mürsəl Həsənağa oğlu

Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 71

Yenidən bərpa edilmiş qurğular sökülüb

3.     

Abdullayev Samir

Tofiq oğlu

Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Bəhlulzadə küçəsi 71

Yenidən bərpa edilmiş qurğular sökülüb

4.     

Əmirov Rauf

Sərbər oğlu

Suraxanı rayonu, Bülbülə qəsəbəsi, N.Nərimanov küçəsi

İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb

5.     

İsmayılov Vüsal

Mənsim oğlu

Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi

İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb

6.     

Hüseynov Elşən

Qeys oğlu

Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi

İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb

7.     

Dəmirov Hikmət

Fətiş oğlu

Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi 197

İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb

8.     

Balışov Bəhram Mehman oğlu

Suraxanı rayonu, Bülbülə qəsəbəsi, S.Əliyev küçəsi

İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb

9.     

Abdullayev Nicat

Cəlal oğlu

Xəzər rayonu, Mərdəkan qəs., Yesenin küçəsi 108

İnzibati protokol tərtib edilib

10.  

Abdullayev Nicat

Cəlal oğlu

Xəzər rayonu, Mərdəkan qəs, R.Cəfərov küçəsi ilə H.Hasilov küçəsinin kəsişməsi

İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb

11.  

Balakişiyev İlham Sərxoş oğlu

Xəzər rayonu, Mərdəkan qəsəbəsi

İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb

12.  

Quliyev Rauf

Əşir oğlu

Xəzər rayonu, Mərdəkan qəsəbəsi, 28 May küçəsi, ev 2/3

İnzibati protokol tərtib edilib

Tovuz rayonu üzrə

13.  

Əkbərov Zöhrab

Yusifəli oğlu

Alakol kəndi

İnzibati protokol tərtib edilib

14.  

Bağırov Cavad

Bəhruz oğlu

Alakol kəndi

İnzibati protokol tərtib edilib

Xaçmaz rayonu üzrə

15.  

Mehrəliyev Məclum Gülmurad oğlu

Xaçmaz şəhəri, Quba yolu

İnzibati protokol tərtib edilib

16.  

Əhmədov Əzim

Bəhruz oğlu

Nərəcan kəndi

Qanunsuz metal konstruksiyalar sökülüb

17.  

Qasımov Ənvər Əmirşah oğlu

Quba yolu

Yenidən bərpa edilmiş qurğular sökülüb

Şəki rayonu üzrə

18.  

Söyünov Kamran

Fikrət oğlu

Şəki şəhəri, M.F.Axundov küçəsi

İnzibati protokol tərtib edilib

 

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.