AQTA sədri Qoşqar Təhməzli UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri ilə görüşüb


Paylaşılıb 22.05.2019 17:15


Mayın 22-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin ilə görüşüb. Görüşdə Agentlik sədri nümayəndə heyətinə Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başladığı gündən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

Görüşdə regional qida təşəbbüsləri üzrə birgə işin hazırki vəziyyəti və unun icbari zənginləşdirilməsi üzrə qanunvericiliyin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində birgə əməkdaşlıq perspektivləri sahəsində müzakirələr aparılıb.