21 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub

Paylaşılıb 19.01.2023 15:31

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

18 yanvar tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 35 ticarət müəssisəsi və 9 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 21 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 16, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 9, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 3, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 10, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 1 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

Sahibkarlıq subyekti

Ünvan

Aşkar olunan nöqsanlar

Ticarət obyektləri

1

"Neptun" market

Binəqədi rayonu, N.Nərimanov küç., ev 15A

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

2

"Grandmart" market

Nizami rayonu, M.Şərifli küç., ev 74C

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

3

"Xəzər" market

Nərimanov rayonu, A.Neymətulla küç., ev 19/50

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

4

"C-C" market

Suraxanı rayonu, Hövsan ştq, ev 63

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
4.Ev şəraitində hazırlanan məhsulların satışı

5

Quliyev Bərgüşad Rizvan oğluna məxsus şərab evi

Abşeron rayonu, Masazır qəs., "Gənclər şəhərciyi" yaşayış kompleksi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

6

"Əli" market

Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

7

Məmmədov Pərviz Abdulrəhman oğluna məxsus mağaza

Cəlilabad rayonu, Göytəpə şəhəri

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

8

"Qəbələ" market

Bərdə rayonu, Güloğlular kəndi

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

9

"Zeytun Pharmaceutivals" MMC-yə məxsus aptek

Gəncə şəhəri, N.Nərimanov küçəsi 52

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

10

"Zeytun Pharmaceutivals" MMC-yə məxsus aptek

Gəncə şəhəri, Gülüstan qəsəbəsi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

11

"Zeytun" aptek

Gəncə şəhəri, N.Nərimanov küçəsi 341

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

12

Zeynalova Gülnar İlham qızına məxsus mağaza

Tovuz rayonu, Düz Qırıqlı kəndi

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

13

Cəfərova Samirə Çapay qızına məxsus mağaza

Tovuz rayonu, Düz Qırıqlı kəndi

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

14

Axundov Mətləb Mehdi oğluna məxsus mağaza

Tovuz rayonu, Düz Qırıqlı kəndi

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

15

"Aran" market

Ucar şəhəri, H.Əliyev pr.,

ev 79

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

16

"Sultan" market

Ucar şəhəri, Azərbaycan küçəsi

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

17

"Elegant" market

Ucar şəhəri, Azərbaycan küçəsi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

İctimai iaşə müəssisələri

18

"Cıdır Düzü" restoranı

Binəqədi rayonu, S.S.Axundov küç., ev 1A

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

19

"Gold" pub

Nərimanov rayonu, N.Hacıyev küç., ev 18

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

20

"Fırıncı Papa" restoranı

Sabunçu rayonu, Bakıxanov ştq, Gənclik küç., ev 29

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

21

"MC Club" kafesi

Oğuz şəhəri, H.Əliyev prospekti