Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Paylaşılıb 24.01.2023 17:59

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
23 yanvar tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Ağcabədi, Şamaxı, Xaçmaz rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 11 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 5 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
Hacıyev İdeal Asif oğlu |
Nizami rayonu, Özbəkistan küçəsi 26 |
İnzibati protokol tərtib edilib |
2. |
Əliyev Mübariz Fərman oğlu |
Nizami rayonu, R.Teymurov küçəsi 87/97 |
İnzibati protokol tərtib edilib |
3. |
Hüseynov Nəriman İlqar oğlu |
Nizami rayonu, Ə.Vəliyev küçəsi 34-38 |
İnzibati protokol tərtib edilib |
4. |
Süleymanov Teymur Rza oğlu |
Nizami rayonu, Ə.Vəliyev küçəsi 7 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
5. |
Babayev Elçin Əlhüseyn oğlu |
Nizami rayonu, T.Abbasov küçəsi 23/1 |
İnzibati protokol tərtib edilib |
6. |
Əliyev Rövşən Əhliman oğlu |
Nizami rayonu, R.Teymurov küçəsi 21 |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
Ağcabədi rayonu üzrə |
|||
7. |
Məmmədov Şaiq Elyar oğlu |
T.İsmayılov küçəsi |
İnzibati protokol tərtib edilib |
8. |
Ağayev Taleh Adil oğlu |
Ü.Hacıbəyli küçəsi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
9. |
Nəsibov Cəfər Aydın oğlu |
Ü.Hacıbəyli küçəsi |
Yenidən bərpa edilmiş qurğular sökülüb |
10. |
İbrahimov Razim Akif oğlu |
Ağabəyli kəndi |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
Şamaxı rayonu üzrə |
|||
11. |
Nəcəfov Orxan Azər oğlu |
Şamaxı şəhəri, N.Nərimanov küçəsi |
İnzibati protokol tərtib edilib |
Xaçmaz rayonu üzrə |
|||
12. |
Kərimov Eyvaz Kərim oğlu |
Köhnə Xaçmaz kəndi |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.