Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
Paylaşılıb 25.01.2023 14:22

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
24 yanvar tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Xaçmaz, Qobustan rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 6 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 1 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Görülən tədbir |
Bakı şəhəri üzrə |
|||
1. |
Həsənov Vasib Kamal oğlu |
Nizami rayonu, Ə.Vəliyev küçəsi 5 |
İnzibati protokol tərtib edilib |
2. |
Cəbrayılov Zaur Əli oğlu |
Nizami rayonu, Ə.Kürçaylı küçəsi 1A |
İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb |
3. |
Məmmədov Məhəmmədəli Akim oğlu |
Nizami rayonu, Ə.Kürçaylı küçəsi 7 |
İnzibati protokol tərtib edilib |
4. |
Rəsulzadə Elman Elnur oğlu |
Nizami rayonu, Nəsimi küçəsi |
İnzibati protokol tərtib edilib |
Xaçmaz rayonu üzrə |
|||
5. |
Manafov Cavid Gülməmməd oğlu |
Çinartala kəndi |
İnzibati protokol tərtib edilib |
Qobustan rayonu üzrə |
|||
6. |
Qəniyev Elşən Şəkixan oğlu |
Qobustan şəhəri |
İnzibati protokol tərtib edilib |
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.