18 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub


Paylaşılıb 27.01.2023 15:48


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

26 yanvar tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 19 ticarət müəssisəsi və 7 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 18 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 12, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 3, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 7, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 3 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

 

Sahibkarlıq subyekti

Ünvan

Aşkar olunan nöqsanlar

Ticarət obyektləri

1

"Atlant" market

Yasamal rayonu, N.Nərimanov pr., ev 3

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

2

"Food" market

Yasamal rayonu, Ə.B.Haqverdiyev küç.,

ev 56H

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

3

"Arzu" market

Nərimanov rayonu, Z.Bünyadov küç., ev 65

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

4

Nəcəfov Nicat Abbasəli oğluna məxsus market

Binəqədi rayonu, Sumqayıt şosesi, Biləcəri qəs., ev 3

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

5

"Uğur" market

Abşeron rayonu, Xırdalan şəhəri, Kiristal Abşeron 1

Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

6

Abdullayev Tural Arzu oğluna məxsus şərab evi

Abşeron rayonu, Xırdalan şəhəri, Kiristal Abşeron MTK

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

7

"Narıncı" market

Abşeron rayonu, Saray qəsəbəsi

1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
2.Ev şəraitində hazırlanan məhsulların satışı

8

"Neptun" market

Abşeron rayonu, Məhəmmədli kəndi

Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

9

"VİP" market

Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

10

"Şamaxı" market-1

Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi

Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

11

"Şamaxı" market-2

Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

İctimai iaşə müəssisələri

12

"145 Passage" kafesi

Səbail rayonu, N.Rəfibəyli küç., ev 37

1.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
2.Ev şəraitində hazırlanan məhsulların satışı

13

"Öz Urfa" restoranı

Suraxanı rayonu, Qaraçuxur qəs., ev 14

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

14

"Marani" restoranı

Suraxanı rayonu, Qaraçuxur ştq, ev 4042

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

15

"Ağrıdağ" restoranı

Suraxanı rayonu, Günəşli qəs., ev 11

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

16

"Çətir" restoranı

Binəqədi rayonu, Biləcəri qəs., A.Zeynallı küç., ev 9A

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

17

"Qədim Qəbələ" restoranı

Binəqədi rayonu, Biləcəri qəs., R.İsmayılov küç.,

ev 9N

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Ev şəraitində hazırlanan məhsulların satışı

18

"Yağmur" restoranı

Binəqədi rayonu, A.Zeynallı küç., ev 3

Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması