19 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub


Paylaşılıb 31.01.2023 17:07


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

30 yanvar tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 24 ticarət müəssisəsi və 10 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 19 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 9, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 5, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 6, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 5 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

 

Sahibkarlıq subyekti

Ünvan

Aşkar olunan nöqsanlar

Ticarət obyektləri

1

"Arena" market

Nərimanov rayonu, K.Rəhimov küç., ev 55

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

2

"025" market

Yasamal rayonu, Ş.M.Xiyabani küç., ev 38

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

3

"Ekonom" market

Abşeron rayonu, Məhəmmədli kəndi

1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

4

"Rəhim" market

Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi

Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması

5

"24 Saat" market

Quba şəhəri, H.Əliyev prospekti

1.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı
2.Ev şəraitində hazırlanan məhsulların satışı

6

"Rəhman" market

Quba rayonu, Zərdabi qəsəbəsi

Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

7

"Uğur" market

Şamaxı şəhəri, Ə.Heydər küçəsi

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3.Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

8

"Səid" market

Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi

Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

9

"Bəyaz" market

Şamaxı şəhəri, S.Ə.Şirvani küçəsi

Azərbaycan dilində markalanması olmayan məhsulların satışı

10

"Araz Halal" market

Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti

Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

11

"Dərya" market

Ağstafa şəhəri, H.Əliyev prospekti 94

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

12

Calalzadə Cəlalbəy Zahid oğluna məxsus aptek

Ağstafa şəhəri, H.Əliyev prospekti 50A

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

İctimai iaşə müəssisləri

13

"Əncir" restoranı

Yasamal rayonu, Moskva pr., bina 75A, ev 75

Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması

14

"Vulcano Lounge"

Yasamal rayonu, M.Müşfiq küç, ev 11/13

Ev şəraitində hazırlanan məhsulların satışı

15

"Pakdad" restoranı

Nərimanov rayonu, K.Rəhimov küç., ev 13

Ev şəraitində hazırlanan məhsulların satışı

16

"Odun" pub

Binəqədi rayonu, S.S.Axundov küç., ev 3C

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3.Ev şəraitində hazırlanan məhsulların satışı

17

"Nərdivan" çay evi

Binəqədi rayonu, S.S.Axundov küç., ev 3

1.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
2.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
3.Ev şəraitində hazırlanan məhsulların satışı

18

"Ləziz Dönər" dönər evi

Bərdə rayonu, Güloğlular kəndi

Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması

19

"Bol Dönər" dönər evi

Bərdə rayonu, Güloğlular kəndi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi