6 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
Paylaşılıb 01.02.2023 14:26

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
31 yanvar tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 17 ticarət müəssisəsi və 6 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 6 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 4, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 2, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 1, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 4, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı 1 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı, qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması, ev şəraitində hazırlanan məhsulların satışı ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:
№ |
Sahibkarlıq subyekti |
Ünvan |
Aşkar olunan nöqsanlar |
Ticarət obyektləri |
|||
1 |
"Grandmart" market |
Nizami rayonu, B.Nuriyev küç., ev 20/116 |
Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu |
2 |
"Ucuz" market |
Binəqədi rayonu, Biləcəri ştq, Y.Hüseynov küçəsi |
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi |
3 |
"Dokta" MMC-yə məxsus aptek |
Şamaxı şəhəri, H.Əliyev küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
4 |
"Dokta" aptek |
Şamaxı şəhəri, H.Əliyev küçəsi |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
5 |
Əzizov Saləddin Nəriman oğluna məxsus aptek |
Gəncə şəhəri, H.Əliyev pr., ev 73 |
Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |
İctimai iaşə müəssisələri |
|||
6 |
"Mezzo Lounge" |
Nəsimi rayonu, D.Əliyeva küç., ev 220 |
1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması |