Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir


Paylaşılıb 01.02.2023 17:53


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

31 yanvar tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şamaxı, Xaçmaz, Masallı rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 15 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 2 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:

 

Sahibkarlıq subyekti

Ünvan

Görülən tədbir

Bakı şəhəri üzrə

1.      

Əliyev Vüsal Natiq oğlu

Nərimanov rayonu, A.Neymətulla küçəsi

İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb

2.      

Əhmədov Aqil Rəfail oğlu

Nərimanov rayonu, Çaykovski küçəsi 2A

İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb

3.      

Səmədov Etibar Elnur oğlu

Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 100

İnzibati protokol tərtib edilib

4.      

Quliyev Pərviz

Mövsum oğlu

Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 354

İnzibati protokol tərtib edilib

5.      

Kazımov Niyazi

Rövşən oğlu

Yasamal rayonu, A.M.Şərifzadə küçəsi

İnzibati protokol tərtib edilib

6.      

Zeynalov Zaur

Ziyəddin oğlu

Yasamal rayonu, A.M.Şərifzadə küçəsi

İnzibati protokol tərtib edilib

7.      

Eyvazov Bəhruz

Oqtay oğlu

Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 39

İnzibati protokol tərtib edilib

8.      

Kazımov Niyazi

Rövşən oğlu

Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 163B

İnzibati protokol tərtib edilib

Şamaxı rayonu üzrə

9.      

Məmmədov Azər

Rüstəm oğlu

Şamaxı şəhəri, N.Nərimanov küçəsi

İnzibati protokol tərtib edilib

Xaçmaz rayonu üzrə

10.  

Ağayev Nizami

Əmirağa oğlu

Köhnə Xaçmaz kəndi

İnzibati protokol tərtib edilib

11.  

Məlikməmmədov Rəşad İlyas oğlu

Köhnə Xaçmaz kəndi

İnzibati protokol tərtib edilib

12.  

Seyidov Zaur

Buludxan oğlu

Köhnə Xaçmaz kəndi

İnzibati protokol tərtib edilib

Masallı rayonu üzrə

13.  

Nağıyev Kamil Yusif oğlu

Şərəfə kəndi

İnzibati protokol tərtib edilib

14.  

Əbilov Natiq Səfər oğlu

Böyük Xocavar kəndi

İnzibati protokol tərtib edilib

15.  

Niftullayev Atabəy

Balabəy oğlu

Ərkivan qəsəbəsi

İnzibati protokol tərtib edilib

 

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.