Qida Təhlükəsizliyi Agentliyində “Caspian European Club” təmsilçiləri ilə görüş keçirilib


Paylaşılıb 04.06.2019 01:50


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) “Caspian European Club” təmsilçiləri ilə görüş keçirilib. Görüşdə AQTA-nın sədr müavini Rüfət Rüstəmzadə tədbir iştirakçılarını Agentliyin fəaliyyət istiqamətləri və qarşıya qoyulan vəzifələr barədə məlumatlandırıb. Bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başladığı gündən etibarən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.
 
Görüşdə “Caspia European Club”ın sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev səmimi qəbula görə təşəkkür edib, təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.
 
Görüş çərçivəsində tərəflər arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq perspektivləri ilə bağlı müzakirələr aparılıb