Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir


Paylaşılıb 17.03.2023 15:58


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

16 mart tarixində Agentlik əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri Gədəbəy, Qazax rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 11 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 1 məntəqədə isə yenidən bərpa edilmiş qanunsuz metal konstruksiyalar təkrarən sökülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələr aşağıdakılardır:

 

Sahibkarlıq subyekti

Ünvan

Görülən tədbir

Bakı şəhəri üzrə

1.

İbrahimov Kamran Qurban oğlu

Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, E.Məhərrəmli küçəsi

İnzibati protokol tərtib edilib

2.

Rəhimov Qədir

Rəhim oğlu

Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi

İnzibati protokol tərtib edilib və yenidən bərpa edilmiş qurğular sökülüb

3.

Vəliyev Şair

Bayram oğlu

Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, E.Məhərrəmli küçəsi

İnzibati protokol tərtib edilib

4.

Əliyev Mərkəz

Səməd oğlu

Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, E.Məhərrəmli küçəsi

İnzibati protokol tərtib edilib

5.

Şirəliyev Maarif

Şöhlət oğlu

Sabunçu rayonu, E.Məhərrəmli küçəsi, “Qarabağ” ət dükanı

İnzibati protokol tərtib edilib

6.

Hüseynov Vüqar Sədrəddin oğlu

Nizami rayonu, Naxçıvanski küçəsi 67

İnzibati protokol tərtib edilib

7.

Balaoğlanov Təvəkkül Şafiq oğlu

Nizami rayonu, Naxçıvanski küçəsi 12

İnzibati protokol tərtib edilib

8.

İsayev Nosrət  Abdulbari oğlu

Nizami rayonu, Naxçıvanski küçəsi 30

İnzibati protokol tərtib edilib

Gədəbəy rayonu üzrə

9.

Cavadov Xanəli Ramazan oğlu

Gədəbəy şəhəri, H.Əliyev küçəsi

İnzibati protokol tərtib edilib

10.

Əsgərov Bayram Qazax oğlu

Slavyanka kəndi

İnzibati protokol tərtib edilib

Qazax rayonu üzrə

11.

Qocamanov Şamil Qara oğlu

Daş Salahlı kəndi

İnzibati protokol tərtib edilib

 

AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.