7 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub


Paylaşılıb 25.05.2023 17:31


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

24 may tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 7 ticarət müəssisəsi, o cümlədən 6 aptek və 4 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 7 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 6, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 5, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 4, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 1 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.

Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr aşağıdakılardır:

 

Sahibkarlıq subyekti

Ünvan

Aşkar olunan nöqsanlar

Ticarət obyektləri

1

"Bio Naxçıvan" market

Bakı şəhəri, Xətai rayonu,

8 Noyabr prospekti, ev 36

Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması

2

"Damla" market

Bakı şəhəri, Nərimanov rayonu, İ.Hidayətzadə küçəsi, ev 20

Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

3

"444" market

Bakı şəhəri, Nərimanov rayonu, Montin qəsəbəsi, P.Çaykovski küçəsi 2

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

4

"Təzə Bazar" mağazası

Şamaxı şəhəri, N.Nərimanov küçəsi

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi.

İctimai iaşə müəssisələri

5

"Sun Rise" hotelində restoran

Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi, m. 95

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu

6

"Rose İnn" hotelində restoran

Bakı şəhəri, Nərimanov rayonu, M.Araz küçəsi,

ev 110

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi

7

"Shazeli" restoranı

Bakı şəhəri, Səbail rayonu, N.Quliyev küçəsi, ev 50

1.Qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması
2.Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi
3.Baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu
4.Qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluq