AQTA-da İtaliyanın ölkəmizdəki səfirinin müavini ilə görüş keçirilib


Paylaşılıb 25.10.2019 17:53


Oktyabrın 24-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) İtaliyanın ölkəmizdəki səfirinin müavini Umberto Boeri və Ticarət Palatasının sədri Maurizio Ferri ilə qarşılıqlı əməkdaşlıq perspektivləri ilə bağlı görüş keçirilib.

Görüşdə AQTA sədrinin müşaviri Elxan Mikayılov Agentliyin yaradılması və fəaliyyət istiqamətləri barədə qonaqlara məlumat verib. Agentlik yaranan zaman Avropa Birliyi modelinə üstünlük verildiyi diqqətə çatdırılıb.
Məlumat verilib ki, İtaliya Azərbaycanın böyük ticarət tərəfdaşlarındandır və dünyada qida məhsullarının ixracatında xüsusi rol oynayır.

Görüşdə bu ilin noyabrında təşkil ediləcək “İtalyan mətbəxi həftəsi” ilə bağlı mümkün işbirliyi, ikitərəfli əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. İki ölkə arasında qida təhlükəsizliyi sahəsində əlaqələrin inkişaf perspektivlərindən bəhs edilib.