Nazirlər Kabineti yanında operativ qərargahın MƏLUMATI


Paylaşılıb 13.03.2020 11:48


Martın 13-də Nazirlər Kabineti yanında operativ qərargahın müşavirəsi keçirilib. İclasda COVİD-19 virusu pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə müzakirələr aparılıb. Nazirlər Kabinetinin müşavirəsində təcili, təxirəsalınmaz və icrası məcburi olan bir sıra qərarlar qəbul edilmişdir. Qəbul edilmiş qərarlar əsasında aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir. COVİD-19 virusunun daha geniş yayılmasının qarşısının alınması məqsədilə təxirəsalınmaz profilaktik tədbirlər davam etdirilir.

Azərbaycan dövləti öz vətəndaşlarının təhlükəsizliyinin təmin olunması istiqamətində Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq bütün öhdəlikləri yerinə yetirir.