AQTA qida təhlükəsizliyinin təmin olunması istiqamətində dövlət-özəl sektor əməkdaşlığını inkişaf etdirir


Paylaşılıb 18.07.2020 13:15


“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 2019-cu il üzrə icrası çərçivəsində ölkəmizdə qida təhlükəsizliyinin təmin olunması istiqamətində dövlət-özəl sektor əməkdaşlığı inkişaf etdirilir. Dövlət Proqramında qida təhlükəsizliyi sahəsində dövlət-özəl sektor əməkdaşlığı üzrə platformaların yaradılması istiqamətində fəaliyyətlər nəzərdə tutulub. Belə ki, Kodeks Alimentarius və Bitki sağlamlığı üzrə işçi qrupların görüşlərinə özəl sektor cəlb edilib. Sahibkarlıq subyektləri tərəfindən qida təhlükəsizliyi üzrə idarəetmə sistemlərinin (HACCP və digər beynəlxalq standartların) və qabaqcıl fəaliyyət kodekslərinin (GAP, GHP, GMP və s.) tətbiqi ilə bağlı dəstək tədbirləri icra edilib. Bu istiqamətdə məsləhət xidmətləri göstərilib, təlimlər keçirilib. Dövlət Proqramının icrası çərçivəsində AQTA tərəfindən baytarlıq-sanitariya və sanitariya-epidemioloji tələblərə cavab verən özəl heyvan kəsimi və satışı mərkəzlərinin yaradılmasına texniki dəstək göstərilib, yeni kəsim məntəqələrinin layihələndirilməsi işləri aparılıb.