BİLDİRİŞ


Paylaşılıb 21.07.2020 14:58


Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin tender komissiyası bildirir ki, “Elektron sənəd dövriyyəsi və kadrların idarəedilməsi proqram təminatının inkişaf etdirilməsi, quraşdırılması, istifadəyə verilməsi və 1 illik texniki dəstək” xidmətinin satın alınması məqsədilə 29 aprel 2020-ci il tarixində elektron qaydada elan edilmiş açıq tenderin nəticələrinə əsasən "SL Technology" MMC qalib olmuş və həmin təşkilatla 25794,80 manat məbləğində müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası